ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

İmam Hüseyn(ə)



Sizləri İmam Hüseyn(ə)-ın Mövlud günü münasibəti ilə təbrik edirik.

Bismillahir-rəhmanir-rəhim
Ləqəbləri: Seyyidüş-şühəda,Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy,Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah,Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis. Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 ilsonra.
Şəhid olduğu gün: Məhərrəmin onucu günü , cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan,2 qız).
Oğlanları:
1. Əli Əkbər.
2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).
3. Cəfər
4. Əbdüllah.
Qızları:
1. Səkinə.
2. Fatimə.
İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi- Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol