ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

Məbəs Günü

Rəcəb ayının 27-ci gecəsi.

Bu gecə Məbəs gecəsi, yəni Rəsuli Əkrəm səlləllahu ələyhi və alihi və səlləmin peyğəmbərliyə seçildiyi gündür. Böyük, şərəfli və mütəbərrikə gecələrdən biridir.

Bu gecə bir neçə əməli yerinə yetirmək lazımdır.
1. Şeyx Misbah kitabında belə yazılmışdır: Həzrəti Əbu Cəfər İmam Cavad ələyhissəlam buyurmuşdur:
"Rəcəb ayında elə bir gecə vardır ki, o, gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27-sidir ki, onun sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən, bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 il əməlin əcrinə bərabərdir".
Həzrətdən soruşdular: Bu gecənin əməli nədir?
- İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rukət) Namazın rukətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri "Muhəmməd" surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müfəzzəteyn, 7 dəfə "İxlas", 7 dəfə "Kafirun", 7 dəfə "Qədr", 7 dəfə AyətəlKürsünü oxuyub sonra aşağıdakı duanı oxu:
"Əlhəmdulilləhil-ləzi ləm yəttəxizə və lədən və ləm yəkun ləhu şəriikun fil mulki və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə innii əsəlukə biməaqidi izzəkə əla ərkani ərşikə və muntəhar-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalli əla Muhəmmədin və alihi və əntəf -ələ bii ma əntə əhluhu"

2.İstədiyin duanı oxu.
3. Bu gecə qüsl etmək müstəhəbdir.
4. Rəcəb ayının 15-ci gecəsində qılınan namazı qılmaq.
5. Bu gecənin ən fəzilətli əməllərindən biri də Həzrəti Əmirəl-möminin Əli (ə)-ı ziyarət etməkdir. O Həzrət üçün bu gecə üç ziyarət var. (Bu ziyarəti saytımızın "Ziyarətnamələr" bölməsində qeyd edəcəyik, inşallah)

Rəcəb ayının 27-ci günü.
Bu gün böyük bayramlardan biridir. Rəsuli-Əkrəmin peyğəmbərliyə məbus olan və Cəbrailin o Həzrətə nazil olan gündür. Bu gün qüsl etmək, oruc tutmaq, çoxlu salavat demək müstəhəbdir. 
Bu gündə oruc tutmağın savabı 70 ilin orucuna bərabərdir.

cəfərilər.com



 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol