ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

Elmi Məqam

Elmi Məqam

Müəllim, tələbə yoldaşı və şagirdlərinin söylədikləri onun qeyri-adi elmi bacarığının göstəricisidir. Onların dediklərindən: Mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi deyir: O, dəqiq nəzər və düzgün iradlarla müəllimlərin nəzərini özünə elə cəlb etmişdi ki, bir neçə gün məclis dərs formasından çıxmışdı və bu iradlar bizim üçün də faydalı idi. Ancaq Cənab Behcət şöhrətdən qaçmaq üçün daha irad tutmadı və davam etsəydi məlum olacaqdı ki, başqalarından artıq olmasa da əskik də deyil."

Mərhum Əllamə Məhəmməd Təqi Cəfəri deyir: Mən Şeyx Kazım Şirazinin yanında Məkasib oxuduqda Ayətullah Behcət də Qumda qalırdı və onun dərsində iştirak edirdi. Yaxşı yadımdadır, o, suallarını verdikdə Şeyx Kazım tamam gücü ilə yəni dəqiq və dərindən Behcəti başa düşürdü və bu zaman Nəcəfdə arif və fəzilətli insan kimi tanınmışdı." Ayətullah Meşkini deyir: O, elm baxımından (istər fiqh olsun istər üsul) şiə fəqihləri içində hamıdan bir mərtəbə yüksəkdə durur."

Tanınmış alimlərin onun dərsində iştiraka təşviqi Ustad Şəhid Mütəhhəri onun dərslərinə xüsusi önəm verirdi. Ayətullah Məhəmməd Hüseyn Əhmədi Yəzdi bu barədə deyir: “Ayətullah Şəhid Mütəhhəri Ayətullah Behcətin dərslərində iştirak etməyi bizə çox tapşırar və deyərdi: Mütləq onun dərsində iştirak edin, xüsusilə də üsul dərslərində. Çünki Ayətullah Behcət Şeyx Məhəmməd Hüseyn İsfahanini görmüşdür, mütləq onun dərslərində iştirak edin".

Ustad Xosrov Şahi: “Mən Ayətullah Mürtəza Hairinin xaric fiqh dərslərində iştirak edirdim. O, ömrünün sonlarında xəstələndi və dərsləri tətil oldu. Bir gün Ayətullah Hairi hərəmdən çıxanda yaxınlaşıb salam verdikdən sonra soruşdum: İnşallah dərsləri başlayacaqsınız? Dedi: yox. Sonra dedi: Cavan olduğunuz üçün sizə bir yol göstərim, sonra dedi: Siz elə adamların dərslərində iştirak edin ki, təkcə nəzərləri demir, bəlkə nəzərləri təhqiq də edirlər. Bu sizin üçün faydalıdır ki, ictihad qaydasını əmələ keçirə biləsiniz və təkcə nəzərləri söyləməyəsiniz". Mən elə orada ondan soruşdum: Alicənab, olarmı adla kimisə mənə tanıtdırasınız? Buyurdu: Mən ad çəkə bilməyəcəyəm. Dedim: Mən Ayətullah Behcətin dərsində iştirak edirəm. Razılıq edərək gülümsədi və dedi: Onun dərsində mən deyən qaydalar vardır. Yaxşıdır ki, onun dərsində iştirak edirsiniz.

Onun dərsi hər cəhətdən kömək edər, həm elmi və həm əxlaqi cəhətdən dərslərə davam edin."

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol