1945-ci ildə mənəviyyatla cilalanmış qəlbi, Haqqa eşq dolu sinəsi və elm yükü ilə öz vətəninə dönür. Doğulduğu yerdə ailə qurur. Nəcəfi-Əşrəfə qayıtmaq istədikdə Qumşəhərindən keçdiyi zaman, Ayətullah Brucerdinin Quma mühacirət etməsindən bir neçə ay ötürdü, müvəqqəti orda dayanır, bir – birinin ardınca Nəcəfi-Əşrəfdə olan ustadlarının ölüm xəbərini eşidir. Buna görə də Qum şəhərində qalır. Həzrəti Ayətullah Behcət Quma gəldikdən sonra Ayətullah Kuhkəmərinin dərslərinə qatılır və sonra Ayətullah İmam Xomeyni (r.ə) və Ayətullah Gülpayqani (r.ə) kimi tanınmış şagirdlər ilə birlikdə Həzrəti Ayətullah Brucerdinin (r.ə) dərslərində iştirak edir.