1. Zikr ayəsi.
Əgər bilmirsinizsə, zikr(elm) əhlindən soruşun. (Nəhl surəsi 43 və Ənbiya surəsi 7)
İbn Cərir Təbətinin təfsirində Cabir Cövfiyə istinadən belə qeyd edilir: "Bu ayə nazil olan vaxt Əli(ə) buyurdu : "Zikr əhli bizik". (Təfsirul-Quran, İbn Cərir Təbəri, c.17, səh.5)
Haris deyir : "Əliyə "Zikr əhlindən soruşun." -ayəsi haqqında sual verdim. Buyurdu: "Allaha and olsun ki, zikr əhli bizik, zikr əhli bizik, elm əhli, Quranın yozum və nazil olma mədəni bizik".(Şəvahidut-tənzil li qəvaidit- təfsil, Hakim Nişapuri, c.1, səh.432/ əl-Mənaqib, İbn Şəhraşub, c.4 , səhv. 179)
2. Elmdə qüvvətli olanlar.
"Onların yozumunu(həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz." (Ali-İmran surəsi 7)
Əli(ə) bir xütbədə buyurur : "Hanı bizə qarşı yalan söyləyərək və zülm edərək bizim deyil, özlərinin elmdə qüvvətli olduqlarını zənn edənlər?! Allah bizi yüksəldib onları aşağı endirdi, bizə bəxş edib, onları məhrum etdi, bizi (öz xüsusi lütfünə) daxil edib, onları xaric etdi. İnsanlar doğruluq yolunu bizimlə tapır, kor olmuş qəlblərin nurunu bizdən axtararlar". (Nəhcül-Bəlağə, xütbə 144 /əl-Mənaqib, İbn Şəhraşub,c.1, səhv 285)
3. Kitabın elminə malik olan
"Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. De: "Mənimlə sizin aranızda Allahın və Kitabın elminə malik olanın (Qurana bələd olanın) şahid olması yetər!" (Rəd surəsi 4)
Əbu Səif Xudri deyir: "Allahın elçisindən bu ayə haqqında soruşdum. Buyurdu: "O, qardaşım Əli bin Əbu Talibdir". (Şəvahidut-tənzil li qəvaidit-təfsil, Hakim Nişapuri, c.1, səh. 400, hədis 422 / əl-Əmali, Şeyx Səduq, c.3, səh. 453
4. Təthir ayəsi
"Ey əhli-beyt! Allah sizdən çirkinliyi(günahı) yox etmək və sizi tərtəmiz(pak) etmək istər" (Əhzab surəsi 33)
Həzrət Peyğəmbər(s.a.a.v) bu ayənin təfsiri barədə buyurur: "Günahdan tərtəmiz olanlar mən və əhli-beytimdir".(Dəlaliun-nubuvvə, Beyhəqi, c.1, səh.170 / Əl-Bidayətu vən-nihayə, İbn Kəsir, c. 2 səh.257)
Həmçinin buyurur : "Mən, Əli, Həsən, Hüseyn və Hüseynin doqquz övladı, pak və məsumuq". (Yənabiul-məvədə, Qunduzi Hənəfi, c.3, c.3 səh 261, hədis 9)
"Təthir" (paklıq) ayəsi Allahın Peyğəmbər əhli-beytinə xüsusi lütfünü və onların yanlışlıq və sapmadan uzaq olamalarını vurğulayır ki, insaniyyətin ali örnəkləri olaraq digər dini qaynaq və mənbələrdə ixtilaf zamanı müsəlmanların müraciət ünvanı olsunlar.
Peyğəmbər sünnəsi prizmasından Əhli-Beytin avtoriteti. Əba hədisi
1."Əba" hədisi "Təthir" (paklıq) ayəsindəki əhli-beytin kimlər olduğunu aydınlaşdırır. İbn Abbas nəql edur: "Allahın elçisi(s) əbasını götürüb Əlinin, Fatimənin, Həsən və Hüseynin üzərinə sərərək buyurdu: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi(günahı) yox etmək və sizi tərtəmiz pak etmək istər!" (əl-Mustədrək ələs-səhiheyn, Hakim Nuşapuri, c.3, səh, 143, hədis4653 / Tarixu Dəməşq, İbn Əsakir , c.1, səh.185, hədis 250)
Ümmü Sələmə deyir: Bu ayə: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi(günahı) yox etmək və sizi tərtəmiz(pak) etmək istər!" nazil olduqda Allahın elçisi Əli, Fatimə, Həsən və Hüseyni yanına çağırdı. Onların üzərinə bir Xeybər əbası sərib buyurdu: "Allahım, bunlar mənim əhli-beytimdir. Allahım, onlardan çirkinliyi yox edib, onları tərtəmiz et!"
Ümmü Sələmə Allahın elçisinə(s) dedi: "Mən onlardan deyiləm?" Peyğəmbər(s) buyurdu: "Sən yaxşı insansan".( əl-Mustədrək ələs-səhiheyn, Hakim Nuşapuri, c.3, səh 451, hədis 3558, Əl-Mucəmul-kəbir c.3, səh 52, hədis 2662)
Əba hədisini bir çox digər səhabələr də nəql etmişlər. O cümlədən: Əbu Səid Xudri, Əbu Bərzə,Əbu-həmrə, Əbu Eyla Ənsari, Ənəs bin Malik, Bərra bin Azib, Suban, Cabir bin Abdullah Ənsari, Ömər bin Xəttab və s.
Bu ravilərin(hədis nəql edənlərin) hədisləri bəyan edir ki, Peyğəmbər(s) əhli-beyt dedikdə məqsədi Əli, Fatimə, Həsən və Hüseyndir(ə). Hədislərin əksəriyyəti sihahi-sittə(1) və əhli-sünnənin digər hədis ensiklopediyalarına istinadən nəql edilib.(2) (1. Sihahi-sitə- Əhli sünnə məzhəbi tərəfindən səhih qəbul edilən altı məşhur ensiklopedik hədis kitabı.. 2. Əhlul-Beyt fil-kitab vəs-sunnə, Məhəmməfi Reyşəhri, səh 27-dən 50-dək)
2.Səqəleyn hədisi
"Səqəleyn" (iki qiymətli əmanət) hədisi də Əhli-Beytin Peyğəmbər(s) ailəsi olduğunu aşkara çıxararaq onların avtoritetini izah edir.
Həzrət Peyğəmbər(s) "Səqəleyn" hədisində buyurur:
"Mən sizin aranızda elə bir şey qoyub gedirəm ki, ona söykənsəniz məndən sonra azmazsınız. Onların biri o birindən daha böyükdür: Səmadan yerə uzanmış ip olan Allahın kitabı və əhli-beytim olan ailə üzvlərim. Bu ikisi hovuz kənarında mənə qovuşanadək bir-birindən əsla ayyrılmaz. Məndən sonra onlarla necə rəftar edəcəyinizə diqqət edin". (Səhih Müslim, c.4 , səhv. 1873, hədis 2408 / Sunən, dƏRƏMİ , c.2 , səh 889 hədis 3198 / əl-Musnəd, Əhməd bin Hənbəl, c.7. səh 75, hədis 1928 / Sunən Tirmizi, c.5. səh 663, hədis 3788)
Səqəleyn hədisi Əhli-Beyti Quranla eyni sırada tutur. Bu hədisi d on üçdən çox səhabə nəql etmişdir. O cümlədən: Əbu Əyyub Ənsari, Əbuzər Ğifari, Ümmü Sələmə, Ənəs bin Malik, Zeyd bin Sabit, Salman Farsi, Abdullah bin Ofv, Ömər bin Xəttab və s.
Məhəmməd Əbu Zöhrə kimi bəzi əhli-sünnə alimləri Səqəleyn hədisinə istinad edərək bu hədisdə vurğulanan avtoritetlə fiqh sahəsində avtoritetin nəzərdə tutulduğuna dəlil gətirmişlər. Onun sözü ilə desək, bu hədis siyasi rəhbərliyə deyil, fiqhi və elmi sahədə rəhbərliyə dəlalət edir. (Əl- İmam Cəfərus-Sadiq Şeyx Məhəmməd Əbu Zöhrə, səhv.199)
3. Əli(ə) - ümmətin ən elmlisi
Salman Farsi deyir: "Allahın elçisi(s) buyurub: "Məndən sonra ümmətin ən elmlisi Əli bin Əbu Talibdir (Kənzul-ummal, c.6. səhv 156 / Kunuzul- həqaiq, Minavi, səh 18)
4. Səfinə(gəmi) hədisi
Əbuzər Ğifari Həzrət Peyğəmbərin(s) belə buyurduğunu nəql edir. : "Bilin ki, mənim əhli-beytim Nuhun Gəmisi kimidir. Ona sığınan qurtuluşa çatar, ondan geri qalan isə qərq olar". (Fəraidus-səmteyn, c.2. səh. 246, hədis 519 / Yənabiul-məvəddə, c.1. səh 94 hədis 5)
5. Peyğəmbərin on iki canişini
Cabir bin Səmurə Həzrət Peyğəmbərdən (s) nəql edir : "Din Qiyamət gününədək Qüreyşdən olan on iki xəlifənin sizə rəhbərlik etdiyi müddətdə yaşayacaq",
Abdullah bin Məsud deyir ki, səhabələr Peyğəmbər(s) xəlifələrin sayı barədə soruşduqda Peyğəmbər (s) buyurdu : " On iki - İsrail övladlarının "nəqiblər"inin(seçilmişlərinin) sayı qədər". (əl-Musnəd, Əhməd bin Hənbəl, c.2. səh 55 hədis 3781, / əl-Mucəmul-Kəbir, c.1, səhv 158, hədis 10310)
Bu hədis imamların sayı - Əli bin Əbu Talibdən (ə) həzrət Mehdiyə(ə.f) qədər - on ikiyə çatmazdan qabaq da bəzi ayrı-ayrı "Səhih" və "Musnəd" adlanan kitablarda mövcud olmuşdur, Buna görə də o tarixdən sonra (yəni imamların sayı on ikiyə çatdıqdan sonra) quraşdırılması qeyri-mümkündür. Həmçinin əhli-sünnəyə istinadən qeyd edilən bu hədisləri nəql edənlərin hamısı onlar tərəfindən mötəbər hesab edilirlər. (əl- Üsulul-əmmə lil-fiqhil-muqarin, Seyid Məhəmmədtəqi Hakim, səhv. 178 və 179)