ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

Üzük Taxmaq



Üzüyü sağ ələ taxmaq
Rəvayətlərdən əldə olunan məlumatlara əsasən Allah-təalanın, mələklərin, peyğəmbərlərin və xüsusəndə İslam Peyğəmbərinin(s) və Əhli-Beytin(ə) nəzərində üzüyü sağ ələ taxmaq xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu əməl üçün çoxlu nəsihət və faydalar qərar verilib. Əhli-Beyt(ə) öz şiələrinə bu işi tövsiyə edirlər.

Üzüyü sağ ələ taxmağın fəziləti
1- Allahın bu əmələ olan əmri
Bir gün Cəbrail(ə) Peyğəmbər(s) nazil oldu və ərz etdi: Ey peyğəmbər! Allah-təala sənə salam göndərir və əmr edir ki, üzüyünü sağ əlinə taxasan, qaşını da əqiqdən qərar verəsən. Əmin oğlu Əliyə də de, üzüyünü əqiqdən qərar verib, sağ əlinə taxsın(Mənaqib İbn Şəhr Aşub 3/87. Bihar 42/61)

2- Peyğəmbər(s)-in və vəsilərin yolu
Tarix səhifələrinə baxıb Peyğəmbər(s)-in, Əmirəl-möminin(ə) və digər məsumların(ə) həyatları barəsində təhqiqat apararkən görürük ki, bu böyük şəxsiyyətlər üzüyü həmişə sağ əllərinə taxırmışlar. Bundan əlavə camaata və səhabələrinə bu işi tövsiyə ediblər. Onu sünnət və müstəhəbbi bir əməl kimi xatırladıblar.
İmam Rza(ə) bu barədə buyurur: Peyğəmbər(s), Əmirəl-Möminin(ə) və əimmeyi-əthar(ə) üzükləri sağ əllərinə taxardılar. (Kafi, 6/474, vəsailuş-şiə 3/397)
İshaq(ə), İlyas(ə), Yəqub(ə), Davud(ə), Süleyman(ə), Yusif, Danyal, Yuşə, Zulqərneyn, Yunis, Lut, Hud, Şuəyb, Zəkəriyya, Saleh, Əyyub, Loğman və İsa(ə) üzüklərini sağ əllərinə taxarmışlar. (Mənaqib İbn Şəhr Aşub 3/303)

 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol