ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

Mərcəiyyət

Mərcəiyyət

Otuz ilə yaxın müddətdə xaric fiqh dərsi tədris etməsinə və fəqih kimi tanınmasına baxmayaraq mərcəiyyəti qəbul etməkdən boyun qaçırırdı. Ayətullah Misbah onun mərcəiyyəti qəbul etməsinin səbəbini və mərcəiyyətdən sonra Ayətullah Behcətin vəziyyətinin dəyişməməsi haqqında deyir :"Ayətullah Behcətin mənzilində dəyişiklik olmadı, mənzildə yanına gələnlərlə görüşmək və qəbul etmək imkanı yoxdur. Buna görə də görüşə gələnlər bayram və matəm günlərində Fatimiyyə məscidində qəbul olunurlar. Mənim nəzərimə görə, mərcəiyyəti qəbul etməsi onun kəramətlərindən biridir. Yəni onun səksən yaşındakı həyatı imkan vermirdi ki, belə bir yükün altına girsin və onunla tanış olan şəxslər heç vaxt inanmazdılar ki, mərcəiyyət bayrağını çiyninə alsın və məsuliyyəti qəbul etsin. Burda yalnız vəzifəyə əməl etmək hissi onun məsuliyyəti qəbul etməsinə bais oldu. Demək lazımdır ki, onun rəftarı, təvazökarlıq və imanı başqalarına dəlildir ki, mərcə olduğu halda belə sadəliklə yaşadı və yeməyində, mənzilində, paltarında və yaşayış şəraitində heç bir dəyişiklik baş vermədi."

Mərhum Seyid Əhməd Xansarınin ölümündən sonra onun iki cildlik "Zəxirətül-ibad" kitabını çapa hazırladı. Ayətullah Əraki rəhmətə gedənə qədər öz risaləsinin çapına icazə vermədi. Nəticədə ali dini mədrəsənin müəllimləri tərəfindən yeddi nəfərin, o cümlədən də Ayətullah Behcətin mərcə olması elan olunanda bir çox alimlər, o cümlədən Ayətullah Mişgini, Ayətullah Cavadi Amuli də onun mərcə olmasını elan etdilər. Çoxlu təkidlərdən sonra öz risaləsinin çap olunmasına razılıq verdi. Onun risaləsi böyük tirajla çap olundu. Bununla belə kitabın üstündə adını yazmaqdan da çəkinirdi.


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol