ILK-10 Azeri Website Directory
Salam.. Xoş Gəlmişsiniz...

Təhsili

Təhsili

İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür. Təxminən dörd il müqəddəs Kərbəla şəhərində qalır və bu dörd ildə Hacı Əbdülqasim Xoyi (məşhur Ayətullah Xoyi ilə səhv salınmamalıdır) kimi tanınmış müəllimlərdən dərs almışdır.

Beləliklə Ayətullah Behcət təxminən dörd il Kərbəlada qalaraq İmam Hüseynin (ə) feyzlərindən istifadə edərək nəfsinin paklanması ilə məşğul olur, fiqh və üsul kitablarının böyük hissəsini ustadların yanında öyrənir. 1933-cü ildə təhsilini davam etdirmək üçün Nəcəfül-Əşrəf şəhərinə yola düşür və dini təhsilin ali dərəcəsini Şeyx Mürtəza Taleqaninin yanında bitirir. Ayətullah Ziyayi İraqi, Mirzə Nayinin dərslərini bitirdikdən sonra Ayətullah Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfəhaninin dərslərində iştirak etməyə başlayır. O, həmçinin Ayətullah Hacı Seyid Əbülhəsən İsfəhani və Hacı Şeyx Məhəmməd Kazım Şirazinin yanında dərs almış və Seyyid Hüseyn Badkubeyinin yanında “İşarat və Tənbihat” və “Əsfar” kitablarını mənimsəmişdir. Dərs oxuduğu müddətdə ali səviyyədə dərs deməyə başlamış və "Səfinətul Bəhar" kitabının yazılmasında böyük təfsir alimi Şeyx Abbas Qummiyə kömək etmişdir.

Bununla belə təkcə dini elmlərlə kifayətlənmədi, yüksək insani kamilliklərə olan eşqi onu ilahi insanlar və övliyalara tərəf çəkirdi. O, nəfsin islah olunmasında anadan olduğu (Fumən) yerdə uşaqlıqdan böyük alim Səididən, Kərbəlada digər müəllimlərdən dərs alır və Nəcəfi Əşrəfdə təxminən 18 yaşında Ayətullah Seyid Əli Qazi (r.ə) ilə tanış olur və öz itirdiyini onun yanında tapır. Həmin zamandan sonra onun əxlaq – irfan tələbələrindən birinə çevrilir.


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol